26 oktyabr 2024. Şənbə

Laporta Messi'nin atası ilə görüşdü


  • Transfer
  • 19:57 08.03.2023
  • Oxunma sayı: 99
Laporta Messi'nin atası ilə görüşdü
İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Lionel Messinin atası ilə görüşüb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, ulduz oyunçunu dünya çempionu olmağına hörmət etdiyini vurğulayıb:
 
“Leonun atası ilə görüşdük. Onu DÇ-2022-dəki qələbə münasibətilə təbrik etdim. Messiyə hörmət edirəm. Bu səbəbdən, başqa klubun futbolçusu haqda danışmaq istəmirəm. Bu məsələdə söhbət puldan getmir”.
 
Argentinalı hücumçu 2005-2021-ci illərdə “Barsa”nın formasını geyinib. O, La Liqa təmsilçisinin heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
 
Messi hazırda PSJ-də çıxış edir. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Cari mövsümdə o, paytaxt təmsilçisinin heyətində 28 oyuna çıxıb, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.






Transfer