26 oktyabr 2024. Şənbə

Qalatasaray'ın legioneri daha bir il PSV'də


  • Transfer
  • 09:01 09.03.2023
  • Oxunma sayı: 70
Qalatasaray'ın legioneri daha bir il PSV'də
"Qalatasaray” bu qış PSV-yə icarəyə verdiyi Patrik van Anholtun daha bir mövsüm Niderland klubunda qalacağını açıqlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, 32 yaşlı sol cinah müdafiəçisi 2023/24 mövsümünün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb  Halbuki niderlandlı oyunçu bu ilin fevral ayında mövsümün sonuna kimi PSV-yə icarəyə verildiyi bildirilmişdi.
 
Van Anholt 2021-ci ildən oynadığı “Qalatasaray”da 62 oyun keçirib və 3 qol vurub. O, əvvəllər “Kristal Pelas”, “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi”də də oynayıb, Niderland yığmasında 19 matça çıxıb.






Transfer