26 oktyabr 2024. Şənbə

67 gün sonra göndərildi


  • Transfer
  • 09:05 09.03.2023
  • Oxunma sayı: 81
67 gün sonra göndərildi
 Belçika “Brügge”sininin baş məşqçisi Skott Parker tutduğu postdan qovulub Corner.az xəbər verir ki, buna səbəb Belçika təmsilçisinin UEFA Çempionlar Liqasında Portuqaliyanın “Benfika” klubuna ağır məğlubiyyəti səbəb olub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Ötən ilin 31 dekabrında “Brügge” ilə müqavilə imzalamış Parker, bu komandada cəmi 67 gün fəaliyyətdə olub. O, bu müddətdə komandanı 12 matça çıxarıb ki, “Brügge” bu görüşlərdə cəmi 2 qələbə qazanıb, 6 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.
 
“Brügge” ÇL-in 1/8 finalında qarşılaşdığı “Benfika”ya doğma meydanda 0:2 uduzumuşdusa, cavab qarşılaşmasında 1:5 hesabıyla məğlub olub. Bu komanda ölkə çempionatında da lider “Genk”dən 21 xal geri qalır – 46 xalla dördüncü pillə.






Transfer