27 noyabr 2024. Çərşənbə

Altıntopa Almaniya nəhəngində vəzifə verildi


  • Transfer
  • 13:40 12.03.2023
  • Oxunma sayı: 74
Altıntopa Almaniya nəhəngində vəzifə verildi
Türkiyə yığmasının sabiq üzvü Halil Altıntopa Almaniyanın “Bavariya” klubunda yeni vəzifə verilib.

Corner.az xəbər verir ki, 40 yaşlı sabiq futbolçu bundan sonra Münhen təmsilçisinin futbol akademiyasının idman direktoru kimi fəaliyyət göstərəcək.
 
Xatırladaq ki, Altıntop 2020-ci ildən bu klubun aşağı yaş qrupları üzrə komandalarında işləyirdi. Sabiq futbolçu əvvəlcə U-16-da baş məşqçinin köməkçisi olub, daha sonra U-17-də işləyib.
 
Futbolçu karyerası dönəmində “Vattenşayd”, “Kayzerslautern”, “Şalke”, “Ayntraxt”, “Trabzonspor”, “Auqsburq”, “Slaviya” (Praqa) kimi klublarda forma geyinmiş təcrübəli oyunçu Türkiyə yığmasında 38 oyun keçirib.






Transfer