“Mançester Siti”nin futbolçusu Emerik Laport klubunu dəyişə bilər.
Corner.az saytının məlumatına görə, buna səbəb 28 yaşlı müdafiəçinin “Barselona”da çıxış etmək istəyinin olmasıdır. Artıq onun yaydakı transferi ilə bağlı ilkin danışıqlar da aparılıb.
Qeyd edək ki, Laport Premyer Liqanın cari mövsümündə 7 oyunda meydana çıxıb.