Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor”un dəyəri açıqlanıb. Corner.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə klubu 41 milyon 200 min avroya bərabər qiymətləndirilib.
Super Liqa təmsilçisinin ən bahalı oyunçusu Endri Çekicidi. Albaniyalı yarımmüdafiəçinin bazar qiyməti 4,5 milyon avrodu. Emreli konyalıların 28 oyunçusu arasında ən dəyərli 15-ci futbolçudu. Onun hazırkı transfer qiyməti 1 milyon avro göstərilib. Halbuki ötən ilin sonlarında Zaqreb “Dinamo”sunda olarkən 25 yaşlı forvard 2 milyon avro dəyərinə bərabər idi.
Qeyd edək ki, müqavilə ilə “Dinamo”ya məxsus olan Mahir Emreli icarə əsasında “Konyaspor”da çıxış edir