1 oktyabr 2026. Cümə axşamı

Səbail makedoniyalı qapıçı aldı


  • Transfer
  • 14:11 14.06.2019
  • Oxunma sayı: 577
Səbail makedoniyalı qapıçı aldı
Səbail heyətinə yeni qapıçı qatıb.

Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, makedoniyalı qolkiper Daniel Bojinovski ilə artıq şifahi razılıq əldə olunub:

"Daniel bu gün Bakıya gələcək və 1 illik müqaviləyə imza atacaq. Bilirsiniz ki, Rıbka zədəlidir və ən yaxşı halda 4 aydan sonra meydana qayıda bilər. Belədə cəmi 2 qapıçımız qalır. Ona görə də üçüncüyə ehtiyac var idi. Bojinovski büdcəmizə uyğun olduğu üçün komandaya dəvət etdik".

Qeyd edək ki, Bojinskinin son klubu "Rabotniçki" olub.(qol)





Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir