“Mançester Siti” hücumçusu Xulian Alvareslə yeni müqavilə imzalamağa hazırlaşır. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı ilə bütün şərtlər razılaşdırılıb.
Yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq və argentinalı oyunçunun maaşı da artırılacaq.
Son dünya çempionu 2022-ci ilin yanvarında “şəhərlilər”ə keçib. O, cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.