“Sumqayıt” futbolçusu Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib. Corner.Az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.
Səbuhi Abdullazadə məhz “Sumqayıt” akademiyasının yetirməsidi. O, 15 yaşı olarkən 2017-18 mövsümündə Premyer Liqada debüt edib. Abdullazadə çempionatda ümumilikdə 79 oyun keçirib, aktivinə 1 qol yazdırıb
Qeyd edək ki, gənc yarımmüdafiəçi aşağı yaş qrupu üzrə bütün yığmalarda çıxış edib.