Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını “Konyaspor”da davam etdirmək istəyir. Corner.az xəbər verir ki, bunu 25 yaşlı forvard özü Türkiyə mətbuatına açıqlamasında deyib.
Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan və Super Liqa klubunda icarə əsasında çıxış edən Emreli Türkiyə komandasındakı ab-havadan məmnundu. O, gələcək taleyinə mövsümün sonunda aydınlıq gələcəyini söyləyib: “Konyaspor”la müqaviləm mövsümün sonuna qədərdi. Amma buradakı mühiti çox sevirəm. Nə olacağını mövsümün sonunda görəcəyik”.
Qeyd edək ki, “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi. “Konyaspor” yayda onu 1,5 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna malikdi.