26 oktyabr 2024. Şənbə

Napoli'də yeni müqavilə


  • Transfer
  • 13:50 16.03.2023
  • Oxunma sayı: 74
Napoli'də yeni müqavilə
"Napoli" futbolçusu Stanislav Lobotka ilə uzunmüddətli müqavilə imzalayıb. Corner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 
 
28 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2027-ci il iyunun 30-na kimi hesablanıb. Müqaviləyə əməkdaşlığın 30 iyun 2028-ci il tarixinədək uzadılması variantı da daxildir.
 
Lobotkanın "Napoli" ilə əvvəlki sözləşməsi 2025-ci ilin yayına qədər idi.
 
Slovakiyalı futbolçu bu mövsüm "Napoli"nin heyətində bütün yarışlarda 34 oyuna 1 qol vurub.






Transfer