İngiltərənin "Mançester Siti" klubu futbolçusu Xulian Alvareslə müqaviləni yeniləyib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçunun sözləşməsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb.
Xatırladaq ki, 2022-ci ildən "şəhərlilər"in formasını geyinən 23 yaşlı forvard yığmanın heyətində DÇ-2022-nin qalibi olub.
Alvares Mançester təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda qol vurub.