- Transfer
- 21:53 26.11.2024
İngiltərənin "Kristal Pelas" klubu baş məşqçisi Patrik Vieyra ilə yollarını ayırıb.
Corner.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Buna səbəb komandanın uğursuz çıxışı olub.
Yeni təyinatın yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, Patrik Vieyra 2021-ci ilin iyulundan "Kristal Pelas"da işləyib. Komanda cari mövsüm çempionatda 27 xalla 12-ci pillədə qərarlaşıb.