6 dekabr 2025. Şənbə

Real'ın keçmiş futbolçusu məşqçi oldu


  • Transfer
  • 18:19 14.06.2019
  • Oxunma sayı: 510
Real'ın keçmiş futbolçusu məşqçi oldu

İngiltərənin “Middlsbro” klubunun yeni baş məşqçisi məlum olub.

Corner.az xəbər verir ki, Çempionşip təmsilçisinin “sükan”ı arxasına Conatan Vudqeyt gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.39 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ingiltərəli məşqçi karyerası ərzində “Real”, “Nyukasl”, “Tottenhem”, “Middlsbro” klublarında çıxış edib.







Transfer