- Transfer
- 21:53 26.11.2024
Fransanın PSJ klubu İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Haland üçün təxminən 200 milyon avro ödəməyə hazırdır.
Corner.Az xəbər verir ki, bu barədə “Marca” nəşri yazıb.
Nəşrin iddiasına görə, Halandın alınması Lionel Messi, Neymar və Serxio Ramosun Paris klubundakı gələcəyinə təsir edəcək.
Holannın müqaviləsindəki 200 milyon avroluq mümkün satış maddəsi 2025-ci ilin yayında aktivləşdiriləcək.
Qeyd edək ki, Erlinq Holann 10 qolla cari Çempionlar Liqasının bombardiridir.