26 oktyabr 2024. Şənbə

Milli komanda baş məşqçisi ilə bağlı qərarını verdi


  • Transfer
  • 19:02 18.03.2023
  • Oxunma sayı: 66
Milli komanda baş məşqçisi ilə bağlı qərarını verdi

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsinin müddəti uzadılıb.

Corner.Az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.

57 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin sonunadək nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2024-cü ildə başa çatmalı idi.

Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc medal qazanıb.







Transfer