26 oktyabr 2024. Şənbə

La Liqa klubu baş məşqçisiz qaldı


  • Transfer
  • 16:04 20.03.2023
  • Oxunma sayı: 62
La Liqa klubu baş məşqçisiz qaldı
İspaniyanın “Elçe” klubu baş məşqçi Pablo Maçini istefaya göndərib. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Buna komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, sözügedən kollektiv La Liqada 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
 
Xatırladaq ki, Maçin ötən ilin noyabr ayından “Elçe”yə başçılıq edirdi. 47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 14 matça çıxarıb. “Elçe” bu görüşlərdə 3 qələbə qazanıb, 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.






Transfer