26 oktyabr 2024. Şənbə

Sevilya'da baş məşqçi dəyişikliyi


  • Transfer
  • 22:40 21.03.2023
  • Oxunma sayı: 74
Sevilya'da baş məşqçi dəyişikliyi
"Sevilya” baş məşqçisi Xorxe Sampaolini istefaya göndərib. Corner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
63 yaşlı mütəxəssis 2022-ci ilin oktyabrından “Sevilya”ya rəhbərlik edirdi. Komanda argentinalı məşçqinin rəhbərliyi altında bütövlükdə 31 oyun keçirib, 13 qələbə, 6 heç-heçə və 12 məğlubiyyətə imza atıb. “Sevilya” La Liqada keçirdiyi 26 oyundan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
 
Artıq Əndəlüs təmsilçisinin yeni baş məşqçi də müəyyənləşib. Klub rəhbərliyi Sampaolini Xose Luis Mendilibarla əvəz edib. 62 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. 
 
İspan çalışdırıcı son olaraq ölkəsinin “Alaves” komandasının baş məşqçisi olub. O, 2022-ci ilin aprelindən bəri işsiz idi. Təcrübəli mütəxəssis daha öncə “Eybar”, “Levante”, “Osasuna”, “Valyadolid”, “Atletik” kimi komandalara rəhbərlik edib.






Transfer