26 oktyabr 2024. Şənbə

La Liqa klubunda yeni baş məşqçi


  • Transfer
  • 10:13 22.03.2023
  • Oxunma sayı: 77
La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Elçe” komandasının yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Sebastyan Bekkasese çalışdıracaq.
 
 42 yaşlı mütəxəssislə 2023/24 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
 
Son olaraq Argentinanın “Defensa Xustisiya” komandasına rəhbərlik etmiş argentinalı Bekkasese , ölkəsində “Rasinq” və “İndependyente”nin də baş məşqçisi olub. Çilidə “Universidad de Çili”ni də çalışdırmış gənc mütəxəssis bir müddət Argentina millisində də köməkçi məşqçi kimi işləyib.
 
“Elçe” La Liqada 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.






Transfer