26 oktyabr 2024. Şənbə

Runi onuda yanına gətirdi


  • Transfer
  • 14:29 22.03.2023
  • Oxunma sayı: 95
Runi onuda yanına gətirdi
ABŞ-ın “Di Si Yunayted” klubu İngiltərə Premyer Liqasından daha bir futbolçu ilə güclənib. Corner.az xəbər verir ki, MLS təmsilçisi “Nottingem Forest”in yarımmüdafiəçisi Luis O’Brayeni icarəyə götürüb.
 
24 yaşlı futbolçu satınalma şərti ilə 2023-cü ilin 16 iyuluna kimi icarəyə götürülüb.
 
İngiltərəli oyunçu “Nottingem Forest”ə 2022-ci ilin iyul ayında “Haddersfild”dən 9.4 milyon avro qarşılığında keçib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 oyunda 1 qol da vurub.
 
Xatırladaq ki, “Di Si Yunayted”in baş məşqçisi İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runidir. O, bir müddət öncə “Kristal Pelas”dan hücumçu Kristian Bentekeni, həmçinin “Lids”dən yarımmüdafiəçi Mateuş Klixi də komandasına aparmışdı.






Transfer