1 aprel 2026. Çərşənbə

Barselona'nın Messi üçün şərtli planı


  • Transfer
  • 20:15 22.03.2023
  • Oxunma sayı: 130
Barselona'nın Messi üçün şərtli planı
İspaniyanın “Barselona” klubu keçmiş hücumçusu Lionel Messini geri qaytarmaq istəyir. Corner.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 35 yaşlı futbolçunun Frnasanın PSJ klubu ilə 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsini yeniləməyəcəyinə gözləyir.
 
Əgər belə olarsa “Barselona” Messiyə bir şərtlə müqavilə təklif edəcək. Şərt isə maaşının azaldılmasıdır. Əvəzində turnirlərdə uğurlu çıxış edəcəyi təqdirdə, “Barselona” onu klubun gəlirinin müəyyən faizi ilə təmin edə biləcək.
 
Xatırladaq ki, Messi məhz “Barselona”nın yetirməsidir. O, 2021-ci ilin yayına qədər İspaniya klubunda çıxış edib, sonra azad agent kimi PSJ-yə keçib.






Transfer