1 aprel 2026. Çərşənbə

A Seriyasını MLS-ə dəyişdi


  • Transfer
  • 09:31 23.03.2023
  • Oxunma sayı: 110
A Seriyasını MLS-ə dəyişdi
İtaliyanın “Bolonya” klubunun müdafiəçisi Qabriele Korbo yenidən MLS-ə qayıdıb. Corner.az xəbər verir ki, 23 yaşlı futbolçu Kanadanın “Monreal” klubuna transfer olunub.
 
Tərəflər 2023-cü ilin 31 dekabrına qədər anlaşıblar. İtalyan oyunçu daha öncə də icarə əsasında “Monreal”da forma geyinib. O, 2022-ci ilin yanvarından dekabrına qədər bu komandada 17 rəsmi oyuna çıxıb.
 
“Spetsiya”nın yetirməsi olan Korbo, 2018-ci ilin yayından “Bolonya”da çıxış edirdi. Müdafiəçi “Askoli”də də icarədə oynayıb.






Transfer