23 dekabr 2025. Çərşənbə axşamı

Super Liqa klubunda 3 yeni müqavilə


  • Transfer
  • 12:21 23.03.2023
  • Oxunma sayı: 103
Super Liqa klubunda 3 yeni müqavilə
Türkiyənin “Kayserispor” klubu 3 futbolçusu ilə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Super Liqa təmsilçisi yunan müdafiəçi Dimitrios Kolovetsios 2, qanalı yarımmüdafiəçi Yav Akkah və türkiyəli vinger Ethem Balcı isə 3 illik müqavilə imzalayıb.
 
Kolovetsiosdur Kayseri təmsilçisinə 2020-ci ildə “Panatinaikos”dan gəlib. O, Super Liqa təmsilçisində 83 oyuna 2 qol da vurub.
 
Akkah da Super Liqa klubuna 2020-ci ildə “Boavişta”dan transfer edilib. 23 yaşlı futbolçu bu mövsümə qədər “Ərzurumspor” və “Keçiörengücü” klublarında icarədə oynayıb. Dayaq yarımmüdafiəçisi “Kayserispor”da da 25 oyun keçirib, 1 qol vurub.
 
Sağ cinah vingeri olan 19 yaşlı Ethem Balcı isə Kayseri təmsilçisində cəmi 2 matça çıxıb.






Transfer