Bir müddət öncə baş məşqçi Sedat Ağça ilə yollarını ayıran "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, paytaxt komandasının "sükan"ı Tolunay Kafkasa tapşırılıb.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sözügedən mütəxəssis 1.5 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, “Ankaragücü” hazırda Super Liqada 24 oyuna topladığı 25 xalla 15-ci pillədə qərarlaşıb.