- Transfer
- 18:40 23.11.2024
Millimizin futbolçusu Ramil Şeydayevin Rusiyanın "Krılya Sovetov" klubundakı taleyi şərtlərdən asılı olacaq.
Corner.az xəbər verir ki, bu barədə Samara təmsilçisinin baş məşqçisi Miodraq Bojoviç yerli "Sport24" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, 23 yaşlı hücumçu qalmaq istəyir: "Ramilin qalmaq arzusu var. Amma onun və mənim arzum başqa, pul isə başqadır. Hər şey şərtlərdən asılıdır. Gəlin, transferlərlə bağlı bir qədər gözləyək. Axı hələ tətildən qayıtmamışıq".
Bojoviç Rusiya vətəndaşlığı almaqda maraqlı olduğunu da bəyan edib: "Bu barədə düşünürəm. Samarada hər şey yaxşı olsa, Rusiya pasportu almağa çalışacağam".
Qeyd edək ki, Ramil Şeydayev "Krılya Sovetov"la 2018-ci ilin avqustunda 1 illik müqavilə bağlayıb.