Almaniyanın “Bavariya” komandasının baş məşqçi postunda dəyişiklik edilib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yulian Naqelsmann vəzifəsindən istefaya göndərilib.
35 yaşlı mütəxəssisi bu vəzifədə həm yerlisi Tomas Tuxel əvəzləyib. 49 yaşlı çalışdırıcı ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Xatırladaq ki, "Bavariya" Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və Çempionlar Liqasında işirakını davam etdirir. Komanda Bundesliqada 52 xalla 2-ci pillədə qərarlaşıb. Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada "Bayer"ə 1:2 hesabı ilə uduzmuş və liderliyi əldən vermişdi.
Xatırladaq ki, Tomas Tuxelin son klubu "Çelsi" olub.