Cənubi Koreya millisinin hücumçusu San Bin Çon İngiltərənin “Vulverhempton” klubundan ayrılıb. Corner.az xəbər verir ki, 20 yaşlı futbolçu ABŞ-ın “Minnesota Yunayted” komandasına keçib.
Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gənc forvard yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Minnesota təmsilçisi bu keçid üçün 2.5 milyon avrosundan keçib.
Çon “Vulverhempton”a 2022-ci ilin yanvarında Cənubi Koreyanın “Suvon” klubundan 1.2 milyon avroya transfer olunmuşdu. O, İngiltərə klubunda heyətə düşə bilmədiyi üçün İsveçrənin “Qrasshopper” klubuna icarəyə verilmişdi. Gənc hücumçu Cənubi Koreya yığmasına 1 oyun keçirib və 1 qol vurub.