İngiltərənin “Tottenhem” klubu baş məşqçi Antonio Konteni istefaya göndərib. Corner.az xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komandanı bu mövsümün sonuna qədər Kristian Stellini çalışdıracaq. Ona Rayan Meyson kömək edəcək.
İtaliyan çalışdırıcı 2021-ci ilin noyabrından “Tottenhem”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 76 oyuna (41 qələbə, 12 heç-heçə, 23 məğlubiyyət) çıxarıb.
“Tottenhem” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 28 oyuna 49 xal toplayıb və 20 iştirakçı arasında 4-cüdür.