“Qarabağ”ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər. Corner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü “Qalatasaray”ın maraq dairəsindədi.
Bu barədə “Ajansspor” nəşrinin əməkdaşı Burhan Can Terzi məlumat yayıb. Onun sözlərinə görə, Ağdam klubu ilə dünən Bakıda xeyriyyə oyunu keçirən “cim-bom” rəhbərliyi Toralın transferi məsələsini də müzakirə edib. Hətta baş məşqçi Okan Burukun bu keçiddə şəxsən maraqlı olduğu vurğulanıb:
“22 yaşlı Toral “Qalatasaray”ın gündəmindədi. Bununla bağlı iki klub arasında danışıq aparıldı. “Sarı-qırmızılılar” onun durumu ilə bağlı qarşı tərəfdən məlumat əldə etdi”.
Qeyd edək ki, Toral Bayramovun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdi.