“Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terim özünə yeni klub almaq qərarına gəlib. Corner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 69 yaşlı mütəxəssis fəaliyyətini klub sahibi kimi göstərmək niyyətindədir.
Bodrumda yaşayan Terim bu mövsüm I Liqaya yüksələn “Bodrumspor”u almağı planlaşdırır. Tanınmış çalışdırıcı bununla bağlı artıq ilkin danışıqlara da başlayıb. Bir neçə klubun baş məşqçilik təklifini rədd edən Terim “Bodrumspor”un səhmlərini alaraq, bütün diqqətini bu kluba yönəltmək fikrindədi.
Qeyd edək ki, “Bodrumspor” hazırda I Liqada 42 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.