“Qalatasaray” “Qarabağ”ın müdafiəçisi Toral Bayramovun transferində israrını davam etdirir. Corner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” mövsümün sonunda müdafiənin sol cinahını məhz 22 yaşlı futbolçu ilə gücləndirmək niyyətindədir.
İstanbul təmsilçisinin artıq millimizin üzvünün transfer qiymətini də müəyyənləşdirib. Toralın transfer dəyəri 1 milyon avroya bərabər olduğu qeyd olunub. Klublar arasında danışıqlara başlanıldığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Toral Bayramov cari mövsüm 29 oyunda 1 qol, 2 assistlə yadda qalıb.