PSJ-nin futbolçusu Lionel Messi “Barselona”ya qayıtmağa hazırlaşır. Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu atasından və menecerindən Kataloniya təmsilçisinin prezidenti Joan Laporta ilə danışıqlar aparmağı istəyib.
Argentinalı futbolçu özü məsələni komandanın baş məşqçisi Xavi ilə də müzakirə edəcək. Messinin mümkün qayıdışı “Barselona” oyunçuları tərəfindən də yüksək qiymətləndirilib.
Argentinalının PSJ ilə müqaviləsi mövsümün sonuna qədər olduğundan, o, “Barselona”ya azad agent kimi qayıda biləcək.
Qeyd edək ki, Lionel Messi 2004-2021-ci illərdə İspaniya klubunun formasını geyinib.