26 oktyabr 2024. Şənbə

Milli komanda baş məşqçisiz qaldı


  • Transfer
  • 12:38 29.03.2023
  • Oxunma sayı: 83
Milli komanda baş məşqçisiz qaldı

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Herve Renar istefa verib.

Corner.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Mütəxəssis Fransanın qadın futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olunmağa yaxındır.

Qeyd edək ki, H.Renar 2019-cu ildən Səudiyyə Ərəbistanı millisini çalışdırırdı. Onun rəhbərliyi altında milli komanda 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində çempion Argentinaya qalib gəlib (2:1), Polşaya (0:2) və Meksikaya (1:2) uduzub.







Transfer