26 oktyabr 2024. Şənbə

Nazarov Almaniyada klubunu dəyişə bilər


  • Transfer
  • 16:50 30.03.2023
  • Oxunma sayı: 103
Nazarov Almaniyada klubunu dəyişə bilər

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyada komandasını dəyişə bilər.

Corner.az “Tag24”ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi III Bundesliqa təmsilçilərinin maraq dairəsindədir.

Bu isə “Ersgebirge” rəhbərliyini təşvişə salıb. Aue təmsilçisi hazırda əla formada olan liderini itirməmək üçün onun mövsümün sonuna qədər olan müqavilə müddətini tezliklə uzatmağı planlaşdırır. Ancaq bu təcrübəli oyunçunun qalması məvacibinin artırılıb-artırılmamasına görə dəyişəcək.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”nin formasını geyinir.







Transfer