26 oktyabr 2024. Şənbə

Serxio Ramosa illik 30 milyonluq təklif


  • Transfer
  • 22:29 30.03.2023
  • Oxunma sayı: 88
Serxio Ramosa illik 30 milyonluq təklif
PSJ-nin müdafiəçisi Serxio Ramos yenidən Kriştiano Ronaldo ilə birlikdə çıxış edə bilər. Corner.az saytı xəbər verir ki, təcrübəli futbolçu Səudiyyə Ərəbistanın “Əl-Hilal”ından təklif alıb.
 
Klub rəhbərliyi 37 yaşlı oyunçuya ilk ilində 30 milyon avro maaş təklif edib. Sonrakı illərdə bu məbləğ 50 milyon avroya qədər artırıla bilər.
 
İspan oyunçunun hazırda Paris klubunda illik məvacibi 10 milyon avrodan aşağıdır. Fransızlar mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmağı planlaşdırır.
 
Qeyd edək ki, bu mövsüm Liqa 1-də 24 oyun keçirib.






Transfer