Almaniyanın “Ayntraxt” klubu ekvadorlu müdafiəçi Uilyam Paçonu transfer edib. Corner.az xəbər verir ki, tərəflər 5 illik müqaviləyə imza atıblar.
Hazırda Belçika “Antverpen”inin uğurları üçün çalışan 21 yaşlı oyunçu yeni klubuna yayda qoşulacaq.
“Ayntraxt” bu transfer üçün belçikalılara 9 milyon avro ödəyəcək.
Paço peşəkar karyerasına Ekvadorun “İndependyente” klubunda başlayıb. Bu komandada 40 oyun keçirmiş futbolçu 2022-ci ilin əvvəlində 2.87 milyon avro qarşılığında “Antverpen”ə keçib. O, Belçika təmsilçisində də indiyə qədər 42 oyun keçirib. Paço Ekvador yığmasında da 1 oyun keçirib, debütdəcə qol vurub.