“Tirana”nın hücumçusu Florent Hasani Azərbaycana köçə bilər. Corner.az-ın Albaniya mətbuatına istinadən məlumatına görə, kosovolu futbolçu Premyer Liqa klublarının gündəminə düşüb.
Ad açıqlanmasa da, 26 yaşlı oyunçunun Azərbaycanın bir neçə klubunun maraq dairəsində olduğu yazılıb. Ancaq Hasanini eyni zamanda Türkiyə klubları da istəyirlər. Onun yayda bu ölkələrdən birinə köçməsi istisna edilmir.
Hasani hazırda “Tirana”nın ən dəyərli oyunçusu sayılır. Onun transfer qiyməti 400 min avroya bərabərdi.
Qeyd edək ki, Florent Hasaninin “Tirana” ilə müqaviləsi gələn ilin yayına qədərdi.