26 oktyabr 2024. Şənbə

La Liqada martın ən yaxşı futbolçusu bilindi


  • Transfer
  • 11:27 31.03.2023
  • Oxunma sayı: 85
La Liqada martın ən yaxşı futbolçusu bilindi
İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu bəlli olub. Corner.az xəbər verir ki, bu ada Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann layiq görülüb.
 
Fransalı hücumçu bu ay çempionatda meydana çıxdığı 3 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Cari mövsüm onun aktivində ümumilikdə 9 qol və eyni sayda assist var.
 
Qrizmann martın ən yaxşısı olmaq üçün Enes Ünal (“Xetafe”), Rafinya (“Barselona”), Yaqo Aspas (“Selta”), Samu Çukvueze (“Vilyarreal”), Borxa İqlesias (“Betis”) və David Silva (“Real Sosyedad”) kimi futbolçuları geridə qoymağa nail olub.






Transfer