11 aprel 2026. Şənbə

Milan və Napoli onu istəyir


  • Transfer
  • 08:26 16.06.2019
  • Oxunma sayı: 601
Milan və Napoli onu istəyir

 Milan klubunun heyətinə qatmaq istədiyi “Liverpul”un futbolçusu Deyan Lovren daha bir İtaliya təmsilçisinin maraq dairəsinə düşüb.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki,  xorvatiyalı futbolçu ilə Napoli yaxından maraqlanır. Neapol təmsilçisinin yaxın zamanda Lovren üçün hərəkətə keçəcəyi gözlənilir.Premyer liqa təmsilçisi ilə iki illik müqaviləsi qalan 29 yaşlı futbolçunun “Milan”ın təklifinə müsbət yanaşdığı, amma illik 4,5 milyon avroluq məvacib tələb etdiyi bildirilir.

“Liverpul”un Lovren üçün 28 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, Lovren, son mövsümdə iştirak etdiyi 18 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”