26 oktyabr 2024. Şənbə

Bavariya'da daha bir itki


  • Transfer
  • 16:16 31.03.2023
  • Oxunma sayı: 71
Bavariya'da daha bir itki
“Bavariya”nın hücumçusu Matis Tel sıradan çıxıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı futbolçu Fransanın 19 yaşadək futbolçularından ibarət milli komandasının heyətində sıradan çıxıb.
 
Forvardın əzələsini zədələdiyi və hansı tarixə qədər yaşıl meydanlara qayıdacağı bəlli deyil.
 
Tel cari mövsümdə Almaniya çempionatında “Bavariya”nın heyətində 16 oyuna çıxıb və 4 qol vurub.
 
Xatırladaq ki, Teldən öncə Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretska da “Bavariya”nın düşərgəsinə zədəli qayıtmışdı.






Transfer