26 oktyabr 2024. Şənbə

Mançester Yunayted'də yeni müqavilə


  • Transfer
  • 16:52 31.03.2023
  • Oxunma sayı: 61
Mançester Yunayted'də yeni müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Lyuk Şou ilə müqaviləni yeniləyib.

Corner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

27 yaşlı müdafiəçi 4 illik müqaviləyə imza atıb. Şounun Mançester təmsilçisi ilə son müqaviləsi 2024-cü ilin iyun ayınadək idi.

Qeyd edək ki, Şou 2014-cü ildən “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 1 qol vurub və 6 qolun ötürməsini edib.







Transfer