Son olaraq Yunanıstanın Olimpiakos klubunda çıxış edən Yaya Turenin yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Çində davam etdirəcək. O, 2-ci divizionda çıxış edən “Çindao Haynyu” klubu ilə anlaşıb. Artıq kot-D`ivuarlı yarımmüdafiəçi klubun təmsil olunduğu Çindao şəhərinə gedib. Orada onu azarkeşlər və jurnalistlər qarşılayıb.
Qeyd edək ki, Ture daha əvvəl Barcelona və Manchester City'də çıxış edib.