26 oktyabr 2024. Şənbə

Zəlzələyə görə Türkiyə klubundan ayrıldı


  • Transfer
  • 15:17 01.04.2023
  • Oxunma sayı: 77
Zəlzələyə görə Türkiyə klubundan ayrıldı
Türkiyənin “Kayserispor” klubu yarımmüdafiəçisi Qustavo Kampanyaro ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədəkluin rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı futbolçunun  Super Liqa təmsilçisindən ayrılmasına fevral ayında baş vermiş güclü zəlzələ səbəb göstərilib. O, ailəsi ilə birgə qardaş ölkədən ayrılmaq istədiyini bildirib və klub onun bu istəyinə əsasən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
 
Kampanyaro 2020-ci ildən oynadığı “Kayserispor”da 90 oyuna 1 qol vurub. O, daha öncə “Yuventude”, “Braqantino”, “Verona”, “Evian”, “Ludoqorets” və “Şapekoense”də forma geyinib.






Transfer