1 oktyabr 2026. Cümə axşamı

Bəlkə də yeni çağırış üçün ən yaxşı vaxtdır - Poqba


  • Transfer
  • 15:03 16.06.2019
  • Oxunma sayı: 522
Bəlkə də yeni çağırış üçün ən yaxşı vaxtdır - Poqba
Pol Poqba Manchester United'dən ayrıla bilər.

Corner.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə 26 yaşlı futbolçu özü məlumat verib. Tokioda "Adidas" şirkətinin təşkil etdiyi tədbirdə jurnalistlərin suallarını cavablandıran fransalı futbolçu komandadan ayrılacağını istisna etməyib: "Sizin də dediyiniz kimi, həqiqətən son vaxtlar haqqımda çox söz-söhbət gəzir. Mançesterdə 3 yaxşı mövsüm keçirdim. Düzdür, həm sevincli, həm də kədərli anlar oldu. Ancaq son mövsüm mənim üçün ən yaxşı idi. Bəlkə də yeni çağırış üçün ən yaxşı vaxtdır".

Qeyd edək ki, Poqba ilə "Real" və "Yuventus" yaxından maraqlanır





Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir