26 oktyabr 2024. Şənbə

Çelsi'də gözlənilən istefa


  • Transfer
  • 14:47 03.04.2023
  • Oxunma sayı: 64
Çelsi'də gözlənilən istefa
“Çelsi” baş məşqçsi Qrem Potteri istefaya göndərib. Corner.az xəbər verir ki, 47 yaşlı mütəxəssis göndərilməsinə səbəb London təmsilçisi bir neçə gün öncə “Aston Villa”ya evdəki 0:2 hesablı məğlubiyyəti olub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb."Zadəganlar"ı müvəqqəti olaraq Bruno Saltorun çalışdıracağı diqqətə çatdırılıb. Yeni baş məşqçinin kimliyinə isə böyük ehtimalla mövsümün sonunda aydınlıq gələcək.
 
Potter 2022-ci ilin sentyabrından “Çelsi”yə rəhbərlik edirdi. O, “zadəganlar”ı bütövlükdə 31 matça çıxarıb - 12 qələbə, 11 məğlubiyyət, 8 heç-heçə.
 
İngilis məşqçi daha öncə “Östersünd”, “Suonsi Siti” və “Brayton”a da rəhbərlik edib.
 
“Çelsi” hazırda Premyer Liqada 38 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Londonluları UEFA Çempionlar Liqasının 1/4 finalında Madrid “Real”ı (İspaniya) ilə qarşılaşmalar da gözləyir.






Transfer