“İnter” baş məşqçi postuna mümkün təyinatı üçün Maurisio Poçettino ilə əlaqə saxlayıb. Corner.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Məlumatda, milanlıların hazırkı baş məşqçisi Simone İnzaqi komanda ardıcıl 4 matçda qalib gələ bilmədiyi üçün mövsümün sonunda yolların ayıra biləcəyi vurğulanıb.
Daha əvvəl Poçettino ilə “Real” və “Çelsi”nin baş məşqçi postu üçün də iddia olunurdu. Argentinalı mütəxəssisin son çalışdığı klub PSJ olub.
“İnter” İtaliya A Seriyasının turnir cədvəlində dördüncü yerdədir.