1 aprel 2026. Çərşənbə

Mourinyo Roma'dan ayrılır mı?


  • Transfer
  • 19:21 03.04.2023
  • Oxunma sayı: 92
Mourinyo Roma'dan ayrılır mı?
"Roma”nın baş məşqçisi Joze Mourinyo klubdakı gələcəyi ilə bağlı açıqlama verib. Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komanda ilə müqaviləsinin davam etdiyini söyləyib.
 
“Mən dostlarımla, jurnalistlərlə gələcəyim barədə danışmıram. Baş direktorumuz Berardi bir neçə ay əvvəl dedi ki, mən qalıram, amma bu, onun baxışıdır. Müqavilələrə gəlincə, mənim hələ bir ilim var, lakin müqavilələr bəzən ən vacib deyil”.
 
Bildirək ki, Mourinyo 2021-ci ildə “canavarlar”ın sükanı arxasına keçib. Ötən mövsüm məşqçi klubu ilə Konfrans Liqasının qalibi olub. “Roma” bu mövsüm Liqada 28 turdan sonra 50 xalla 5-ci yerdədir.






Transfer