1 aprel 2026. Çərşənbə

Trabzonspor'dan Braziliya klubuna


  • Transfer
  • 19:30 03.04.2023
  • Oxunma sayı: 69
Trabzonspor'dan Braziliya klubuna
Türkiyə “Trabzonspor”unun müdafiəçisi Vitor Hüqo ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, Braziliyadan olan 31 yaşlı futbolçu bundan sonra  ölkəsinin “Bahiya” klubunun uğurları üçün çalışacaq.
 
Braziliya klubu bu keçidə görə Super Liqa təmsilçisinə 1.8 milyon avro ödəyib.
 
Vitor Hüqo 2020-ci ildən formasını geyindiyi “Trabzonspor”da 99 oyuna çıxıb, 9 qol vurub. O, daha öncə “Santo Andre”, “Sport Resife”, “İtuano”, “Seara”, “Amerika Mineyro”, “Palmeyras”, “Fiorentina” kimi klubların da formasını geyinib.






Transfer