Almaniyanın “Ştutqart” komandasında baş məşqçi dəyişikliyi baş verib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisində Bruno Labbadiya istefaya göndərilib.
Onun istefasına komandanın uğursuz çıxışı səbəb olub. Son olaraq səfərdə “Union Berlin”ə 0:3 hesabıyla uduzan ştutqartlılar, son beş matçda cəmi bir heç-heçəyə nail olublar. Komanda 20 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Labbadiya 2022-ci ilin dekabrından rəhbərlik etdiyi “Ştutqart”ı cəmi 12 matça çıxarıb - 2 qələbə, 3 heç-heçə, 7 məğlubuyyət.
“Ştutqart” yeni baş məşqçisini də açıqlayıb. Bundesliqa təmsilçisinin "sükan"ı Sebastyan Hönessə həvalə olunub. Son olaraq “Hoffenhaym”a rəhbərlik etmiş 40 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.