- Transfer
- 15:10 14.12.2025
Neftçi mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Jozef-Monrozu heyətinə cəlb edib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. 28 yaşlı hücumçu yeni klubunda 28 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.
Xatırladaq ki, "Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.